Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Çimərlik mövsümü başlayıb. Nələrə əməl etməli?

Fövqəladə Hallar Nazirliyi çimərliklə bağlı təhlükəsizlik qaydalarını diqqətə çatdırır

155

Çimərlikdə qadağandır:

– Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək!

– Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!

– Küləkli havada dənizə girmək!

– Sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək!

– Çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq!

– Suda kobud hərəkətlər etmək!

– Çimərliyi məişət və digər tullantılarla zibilləmək!

–  Çimərliyə ev heyvanlarını gətirmək!

–  Çimərlikdə balıq tutmaq!

– Çimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq!

– Çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması!

Yadda saxlayın!

– Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir! 

– Uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır!

– Uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir!

– Xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

–  Xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır!

– Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq təhlükəlidir!

– Hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Çimərliklərdə istirahət saat 900-dan 2000-dək daha təhlükəsizdir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

 

FHN Aran Regional Mərkəzi

Maarifləndirmə sektoru

Şərhlər bağlıdır.