Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Çernobıl faciəsinin 30-cu ildönümü Mingəçevirdə qeyd edilib

215

DİİXİHİ Mingəçevir Şəhər Komitəsinin maddi dəstəyi ilə Çernobıl qəzasının 30-cu ildönümü çay süfrəsi arxasında qeyd olunub. Çernobıl əlilləri adından çıxış edən Fizuli Əsədov bildirib ki, bu,  XX əsrin ən böyük faciələrindəndir, qazəanın qarşısının alınmasında saysız-hesabsız insanlar, o cümlədən azərbaycanlılar  öz sağlamlıqlarını əsirgəməyiblər.

Mingəçevir İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini Sahib Əliyev deyib ki, bu bəşəri faciə o zamankı hakimiyyətin diqqətsizliyi üzündən müsibətlə nəticələnib, bu gün isə hökumətlər faciədən zərər çəkənlərin qayğılrını öhdələrinə götürüblər: “Azərbaycan Prezidenti İlham Əliyev Çernobıl əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirir, bu insanları daim diqqət mərkəzində saxlayır”.

Daha sonra Çernobıl faciəsindən və əlillərin həyatından bəhs edən video çarx nümayiş etdirilib.

Şərhlər bağlıdır.