Bizimlə həyatınız həmişə işıqlı olacaq!
Mingəçevir xəbərləri

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

Uçan dənizlər

Uşaqların diqqətini hərdən təbiətə yönəldin, çünki təbiəti tanımasalar onu sevməzlər, sevməsələr qorumayacaqlar, qorumasalar isə onu məhv edənlərə heç bir zaman etiraz etməyəcəklər. Bu isə onların sağlamlığını, gələcəyini məhv edəcəkdir.…

Tamaşaçıları valeh edən əsərlər

Martın 7-də Mingəçevir Dövlət Rəsm Qalereyasında həvəskar rəssam Sədaqət Həsənovanın “Mənim rəng duyğularım” adlı yaradıcılıq sərgisi keçirilib. Sərgidə xanımın son üç ildə akrillə işlədiyi mənzərə, natürmort  və portretlər yer alıb.…

Ulu öndərin əziz xatirəsi anılıb

Martın 7-də Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Məktəbin direktoru Vüsal Məmmədov Prezident İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev ili”…