Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bu il Mingəçevir məktəblərindən 765 nəfər məzun olub

227

İyunun 14-də şəhərin bütün məktəblərində, o cümlədən yeni təmir olunmuş şəhid Rüstəm Qəhrəmanovun adını daşıyan 14 nömrəli tam orta məktəbdə son zəng  mərasimi keçirilib. Məzunlar 11 ildə qazandıqları nəticələrə görə müəllimlərinə minnətdarlıqarını bildiriblər. Tədbirə toplaşanlar şagirdlərin ifasında rəngarəng konsert proqramını maraqla izləyiblər.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2018-2019-cu tədris ilinin başa çatması münasibəti ilə buraxılış sinif şagirdlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ölkədə və Mingəçevirdə həyata keçirilən tədbirlər haqqında geniş məlumat verən başçı yeni dərs ilinədək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, birinci vitse prezident Mehriban xanım Əliyevanın bilavasitə diqqət və qayğısı ilə  Mingəçevirdə daha 3 məktəbin əsaslı təmirdən çıxarılacağını diqqətə çatdırıb.

Bu il Mingəçevirin orta məktəblərindən 765 şagird məzun olub.

Şərhlər bağlıdır.