Bu dəfəki seçkilərdə fəallıq hiss olunmadı
53 saylı Yevlax-Mingəçevir seçki dairəsinin 42 nömrəli məntəqə komissiyasının sədri Ramilə Mahmudova: “Saat 10-dək 1322 seçicidən yalnız 40 nəfəri gəlib”
29 yanvar 2025-ci ildə Mingəçevirdə keçirilən Bələdiyyə seçkilərində səhər saatlarından başlayaraq, seçki prosesinin izlədik. 53 saylı Yevlax-Mingəçevir seçiki dairəsinin 38, 39, 40, 42, 43, 44, 45 nömrəli, 54 saylı Mingəçevir seçki dairəsinin 11,16, 25, 26, 36 saylı məntəqələrinə baş çəkdik. Bələdiyyə üzvlüyünə namizədlərdən Vahid Tanırverdiyev, Əfqan Şirinovl və Faiq Həmzəyevlə də qarşılaşdıq.
Məntəqələrin əksəriyyətində həm müşahidəçilər, həm də seçiçilər az idi. 54 saylı dairə üzrə 16 saylı məntəqə seçki komissiyasının sədri Azər Nəzərovun məlumatına görə, səhər saat 10-dək 1327 seçicidən yalnız 61-i səs verib. Həmin dairənin 11 saylı dairəsində də 1197 seçicidən yalnız 54 nəfərin 2 saat ərzində səsverməyə gəldiyini komissiya sədri Peykanə Nəsibova-Adıgözəlovadan öyrəndik. Həmin müddət ərzində digər məntəqələrdə də seçici fəallığının hiss olunmadığı qənaətinə gəldik. Hətta 53 saylı dairənin 42 nömrəli məntəqəsində komissiya sədri Ramilə Mahmudova dedi ki, saat 10-dək 1322 seçicidən yalnız 40 nəfəri gəlib.
Saat 12-yə olan məlumata görə, 53 sayl Yevlax-Mingəçevir seçki daiəsi üzrə seçiçilərin 16,34%-i (8974 nəfər), 54 saylı Mingəçevir seçki dairəsi üzrə isə 10,13%-i (5090 nəfər) səs verib.
Səsvermə davam edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.