Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bolqarıstan yığma komandasının üzvləri Migəçevirdəki şəraitdən razılıq edirlər

191

“Bakı-2015” Birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçirilən avarçəkmə yarışlarına güclü heyətlə qatılan  Bolqarıstan komandasının üzvləri Mingəçevirdə yaradılan şəraitdən razılıq edirlər. Komandanın məşqçisi Dimitri İvanov jurnalistlərə müsahibəsində deyib: “Mingəçevirdə hər şey əladır. Təşkilatçılıq yüksək səviyyədədir. Biz burada yaxşı qonaqpərvərliyin şahidi olduq. Atletlər kəndində yerləşmişik. Oyunun keçirildiyi yerə bizi rahat nəqliyyat vasitələri gəririr və aparır”.

Yarış iştirakçısı Brenike Faldum deyir ki, Mingəçevirdə avarçəkmə yarışlarının keçiriləcəyi ərazi, tamaşaçılar üçün nəzərdə tutulan yer mükəmməl qurulub: “Otel, yarış yeri, məşq zonası bir-birinə yaxın ərazidədir. Hava isti, su isə soyuqdur. Bu çox yaxşıdır. Avropanın ən yaxşı atletləri burdadır”.

Şərhlər bağlıdır.