Orta və ali təhsil

Bizim Ana dilimiz bizim qürur mənbəyimizdir

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.

Fevralın 21-də Mingəçevir şəhərinin 3 nömrəli tam orta məktəbi Ana Dili Günü münasibəti ilə tədbir keçirib. Tədbirdə ibtidai və yuxarı sinif şagirdləri fəal iştirak edib.

3 nömrəli tam orta məktəbin direktoru Gültəkin Quliyeva bu günün bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. “Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Artıq 2000-ci ildən bu yana tarixdə 21 fevral Ana Dili Günü kimi qeyd olunur. Çox sevindirici haldır ki, bu şagirdlər bu günü böyük vətənpərlik hissləri ilə yad edir, onlar öz ana dilləri ilə necə qürur duyduqlarını dilə gətirirlər.”

Tədbirdən dərhal sonra məktəbin müəllimləri və praktikaya gəlmiş gənc müəllimlər şagirdləri Ana dili abidəsinin qarşısına və tarix muzeyinə aparıb, bu tarixi günlə bağlı onlara məlumat veriblər.

Tag
Daha çox

Oxşar yazılar

Close