Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Beyin Oyunları” layihəsinin icrasına başlanılıb

175

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “Beyin Oyunları” layihəsinin ilk yarışı keçirilib. Baş tutan layihədə Mingəçevir, Ağdaş şəhərlərində yaşayan, təhsil alan, öz bilik və bacarıqlarına güvənən tələbələr, məktəblilər, həmçinin müəllimlər iştirak edib. Layihə rəhbəri Vüsal Əliyev gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsində, kollektivləşməyə, kollektiv oyunlara marağının artırılmasında, savadlı, bilikli gənclərin yetişdirilməsi və onların əqli səviyyədə sınanmasında intellektual oyunların təşkilinin böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq belə bir layihənin keçirilməsini məqsədəuyğun hesab etdiklərini bildirib. İştirak edən bütün komandalara uğurlar arzulayıb. 12 yanvar 2019-cu il tarixində “Nə? Harada? Nə zaman?” formatında keçirilən yarışda 10 komanda iştirak edib. “Panteon” komandası 18 suala doğru cavab verərək birinci yarışın qalibi olub.

Layihə müddətində “Nə? Harada? Nə zaman?”, “Xəmsə”, “Brain Ring” oyun formaları üzrə intellektual yarışların keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə intellektual oyunlar proqramının yekun cədvəli qurulub, oyunlara cəlb olunacaq gənclər müəyyənləşdirilib. Regionlarda yüzlərlə intellektli gəncin formalaşması, fəal, cəmiyyətə yararlı vətəndaş olmaları üçün şəraitin yaradılması məqsədilə layihənin növbəti illərdə Azərbaycanın digər regionlarında icra edilməsi də planlaşdırılıb.

Şərhlər bağlıdır.