Yerli Qurumlar

Başçı 4 ailənin problemini həll etdi

Şəhid ailəsinin və üç qazinin mənzilində istilik sistemi quraşdırılıb

“Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlərimiz bizim qürur yerimizdir. Onların ucaldığı şəhidlik zirvəsi bizim yaşamağımıza, qisas hissimizə stimul verməlidir. Onlar şəhid olub, amma onların ailələri bizə və dövlətimizə əmanətdir.”

Bu sözləri Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Malik Əsədovun şəhadətinin 29-cu ildönümü münasibətilə Mingəçevir  İcra Hakimiyyəti başçısı İlham İsmayılov deyib. O, yanvarın 21-də Milli Qəhrəmanın qızı  Gülnar Əsədovanın evində təmir işləri ilə maraqlanıb.

Gülnar Əsədova mənzilinin şəraitsiz olması ilə bağlı İcra Hakimiyyətinə müraciət etmişdi. Onun müraciəti əsasında mənzilə baxış keçirilib və bundan sonra başçının tapşırığına  əsasən mənzildə təmir işləri aparılıb,  bütün otaqlara  istilik sistemi çəkilib.

İHB-nin tapşırığına əsasən şəhərdə 3 qazinin də evinə istilik sistemi çəkilir.
Göztərilən diqqət və qayğıya görə şəhid ailələri və qazilər minnətdarlıq bildiriblər.

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close