Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda azyaşlı qızı it dişlədi

246

Goranboyda 11 yaşlı qızı it dişləyib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Səfikürd kəndində baş verib. Kənd sakini Həsənova Suğra Asif qızı qəfildən sahibsiz itin hücumuna məruz qalıb.

Sol bud nayihəsindən xəsarət alan azyaşlı xəstəxanaya çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurulub və zəruri tibbi yardım göstərilib.

Şərhlər bağlıdır.