Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan dünyaya bir günəş kimi doğacaq

2022-ci ilin I rübü Azərbaycan üçün uğurlu olmuşdur

378

Doğrurdan da 2022-ci ilin I rübünü çox uğurla başlayan Azərbaycan həm beynəlxalq müstəvidə, həm də iqtisadi sahədə çox mühüm işlər görmüşdür.

BMT Şuşa şəhərində beynəlxalq tədbir keçirmişdir. Bu Azərbaycanın BMT-ə üzvlüyünün 30 illiyinə həsr olunmuşdur. Bu isə o demək idi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir qrumdur.

BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Azərbaycan hazırda bu qruma sədrlik edir.

Azərbaycan 30 il müddətində kağız üzərində qalmış BMT-nin qərarlarını öz gücü vasitəsilə həll etdi. İslam Əməkdaşlıq Təşkilatıda (İƏT) işğal dövründə dəfələrlə Azərbaycanın xeyrinə qərar-qətnamələr qəbul etmişdi.

28 il müddətində Minsk qrupu Azərbaycan-Ermənistan arasındakı münaqişənin həlli üçün heç bir fəaliyyət göstərməmişdir. Baxmayaraq ki, bu qrumun nümayəndələri Azərbaycana, Ermənistana dəfələrlə səfər etmişdilər. Nəticə isə sıfırdır.

Avropa İttifaqı ilə təmaslar müharibədən sonrakı dövrdə daha intensiv xarakter almışdır. Bunun nəticəsi olaraq imzalanmış yekun sənəddə “Dağlıq Qarabağ” adı yoxdur. 6 aprel tarixində keçirilmiş görüşlərdə bu məsələlər nəzərə alınmışdır. Azərbaycan isə Ermənistanla münasibəti normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir. Qarşı tərəf bu təklifə müsbət yanaşmışdır. Bu o demək idi ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkib və Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. 44 günlük müharibənin hər günü dərindən təhlil edildi. Və qərara alındı kı, gələcək ordu quruculuğu daha effektiv təşkil olunsun.

İkinci Qarabağ savaşında xüsusi qəhramanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin sayı artırıldı və bu sahəyə lazım olan qədər vəsait ayrılmışdır. Qeyd etmək lazımdır kı, Ermənistanın bu müharibədə 4-5 milyard dollar dəyərində hərbi texnikası məhv edilmişdir.

Müharibədən sonrakı dövrdə böyük investisya lahiyələri həyata  keçirilməyə başlayıb. Təkcə bu ilin 3 ayında 2 böyük investisya layihəsinə start verilib. Ölkənin iqtisadi göstəriciləri çox ürəkaçandır. Bunu deməyə I rübün yekunları əsas verir.

Əldə olunan bütün nailiyyətlər Azərbaycanın daxili gücü hesabınadır.

Qeyd etmək yerinə düşərdi ki, müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə basdırılmış minalardan 200-dən çox insan həlak olub və yaralanıb.

Bu gün dünyada proseslər mənfi istiqamətdə gedir. Toqquşmalar, müharibələr alovlanır. Və bunun nəticəsində qaçılmaz faktdır ki, qarşıda dünyada ərzaq qıtlığı ola bilər. Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib. Yeri gəlmişkən, dünya taxıl istehsalının 25-30 faizi bu ölkələrin payına düşür.

Azərbaycanda ümumi taxıl istehsalı ölkə təlabatının 60 faizini təşkil edir. Ərzaqlıq buğdamız isə özümüzü cəmi 25 faiz təmin edə bilər. Bütün bunların acı nəticəsini hiss etməmək üçün sahibkarlara güzəştli kreditlər verilməlidir.

Azərbaycanda şəhid ailələri, müharibə əlilləri üçün tikilən evlərin, mənzillərin sayı artır. Hazırda Ağdam və Fizuli şəhərlərinin Baş Planları təsdiqlənib və işlərə start verilib. Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər müraciət etməyə başlayıblar.

İşğaldan azad edilmiş torpaqlarda bərpa olunan stansiyaların 9 min meqavatdan çox potensialı var. Bu işlərin görülməsi üçün dünyanın aparıcı xarici şirkətləri tərəfindən çoxlu təkliflər var.

Cənab Prezident demişdir ki, Zəngəzur dəhlizi mütləq açılmalıdır. Əgər Ermənistan bu sahədə bizə problemlər yaratsa, özü bu işdə itirəcək və ən əsası 10 noyabr Bəyannaməsini pozmuş olacaq.

Şuşada artıq insanlar yaşamağa başlamışlar. Şəhərin içməli su layihəsi prioritet məsələdir. Şuşada icra olunan layihələr xüsusi əhəmiyyətə malikdir.

TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir. Keçən ildə olduğu kimi bu il də Şuşada “Xarı Bülbül” festivalı keçiriləcək. İkinci Qarabağ savaşı zamanı Ermənistan Azərbaycana qarşı açıq-aşkar ekoloji terror həyata keçirmişdir. Bu barədə hələ Avropa Şurası Parlament Assambleyasında bir neçə il bundan qabaq xüsusi məruzə hazırlanmış və qəbul edilmişdir.

Ermənistan bütün bunlarla kifayətlənməyərək, işğal zamanı Azərbaycana mənsub olan böyük su anbarlarını da məhv etmişdir.

Azərbaycan bütün bu probləmlərdən öz iqtisadi və hərbi potensialı sayəsində qurtaracaq və ümummilli lider Heydər Əliyev demişkən, dünyaya bir günəş kimi doğacaq.

 

FHN Aran Regional Mərkəzi Maarifləndirmə sektoru

Şərhlər bağlıdır.