Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Avtomobilini çimərlikdəki dayanacaqda saxlayırsansa, 50 qəpik ödəməlisən

329

Aran bölgəsində günəşin isti şüalarından qurtulmaq üçün sakinlər daha çox Mingəçevirdəki çimərliklərə üz tutur. Ölkənin müxtəlif rayonlarından çimərliyə gələnlər də var. Suya girib sərinləmək istəyənlərdən isə əraziyə daxil olmazdan öncə hər avtomobil üçün 50 qəpik ödəniş tələb olunur. Bəziləri buna etiraz etsələr də, avtomobilin qorunması və təhlükəsizliyi üçün həmin məbləği könüllü ödəyənlər də az deyildi.

Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayevin dediyinə görə, yığılan vəsait  avtomobillərin qorunması üçün mühafizəçilərin və ərazidə təmizlik işləri aparanların əmək haqqı xərclərini qarşılayacaq: “Ötən il bu xidmət olmadığından avtomobillərdə oğurluq halları baş verirdi. Məqsəd budur ki, çimərliyə gələnlər rahat şəkildə avtomobillərini dayanacaqda saxlayıb, istirahət edə bilsinlər”.

Mingəçevir ərazisində fəaliyyət göstərən birinci çimərlikdə FHN-nin xüsusi xilasedici qrupu da fəaliyyət göstərir. Onlar təhlükəli hissələrə yaxınlaşan sakinləri xəbərdar edərək baş verə biləcək xoşagəlməz hadisələrin  qarşısını alırlar.

Şərhlər bağlıdır.