Elmə daha bir töhfə

: “Qazodinamika” kursundan dərs vəsaiti
“Qazodinamika” kursundan dərs vəsaiti

Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasının müdiri, tex.f.d., dos. Mahir Balaca oğlu İsmayılovun müəllifi olduğu “Qazodinamika” kursundan dərs vəsaiti geniş oxucu kütləsinə təqdim edilib. 114 səhifədən ibarət olan kitab 2018-ci ildə Mingəçevir Nəşriyyat-Poliqrafiya Müəssisəsi MMC-də yüksək nəfisdə tərtib və nəşr olunub.

“Qazodinamika” kursundan dərs vəsaitinə “Energetika” kafedrasında “İstilik energetikası mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün uzun müddət oxunan mühazirələr daxildir. Dərs vəsaiti səs sürəti, kəsilməzlik tənliyi, enerji tənliyi, hərəkət miqdarı tənliyi, sıxlıq sıçrayışları, zərbə polyarı, Laval soplosu, ejektorlar və s. bölmələrdən ibarətdir. Bu bölmələr 39 şəkil və sxemlərlə, 2 cədvəl əsasında izahla verilib. Vəsaitdən “İstilik elektrik stansiyaları”na aid fənləri öyrənən digər ali məktəblərin tələbələri və mühəndis-texniki işçilər də faydalana bilərlər.

Dərs vəsaitinin elmi redaktoru S.Ə.Qəhrəmanovdur. Kitaba tex.e.d. R.F.Kəlbəliyev (Az.ET və LA Energetika İnstitutu), Mingəçevir Dövlət Universitetinin dosenti tex.f.d. M.Ə.Məmmədov, Mingəçevir Dövlət Universitetinin dosenti tex.f.d. K.S.Eyyubova, Azərenerji ASC “Azərbaycan İES” MMC-nin direktoru, tex.f.d., dos. T.Ə.Hüseynov rəy veriblər.

 “Qazodinamika” kursundan Dərs vəsaiti Mingəçevir Dövlət Universiteti Metodik Şurasının 04 aprel 2018-ci il tarixli qərarı ilə çapa tövsiyə olunmuşdur.   

Məqalə Qiyməti