“Narkomanlığa qarşı mübarizə ümumxalq işidir”

: Mingəçevir Turizm Kollecində narkomanlığa qarşı mübarizə mövzusunda  elmi-nəzəri konfrans
Mingəçevir Turizm Kollecində narkomanlığa qarşı mübarizə mövzusunda elmi-nəzəri konfrans

Mingəçevir Turizm Kollecində bu mövzuda keçirilən elmi-nəzəri konfrans əhəmiyyətli müzakirələrlə yadda qalıb. Kollecinin direktoru Əyyub Əyyubov BMT-nin 26 iyunda təsis etdiyi Narkotiklərlə  Mübarizə gününün özəlliyindən danışıb. O qeyd edib ki, tələbə-gənclərin zərərli vərdişlərdən uzaq düşməsi və asudə vaxtlarını  səmərəli keçirməsi üçün tədris ili ərzində məqsədyönlü addımlar atılır: “Narkomaniya bütün dünyanın problemi və baş ağrısıdır. O səbəbdən də narkomaniyaya qarşı mübarizə beynəlxalq, bəşəri xarakter daşıyır. Güc strukturlarımız bu zərərli vərdişi təşviq edənlərə qanunvericiliyə uyğun, məqsədyönlü şəkildə mübarizə aparır. Amma bu, ümumxalq işidir. Mənlik deyil düşüncəsindən uzaqlaşmaq  lazımdır. Əks halda bu bəla hər birimizin qapısını döyə, ən yaxınlarımızı əlimizdən ala bilər”.

Narkoloji dispanserin həkimi  Zeynəb Balkişiyeva, bədii kütləvi yaradıcılıq mərkəzinin məsləhətçisi Əşrəf Əsgərov, pedaqoqlar Gülnaz Burmənd, Fəxrəntac Alıyeva və Şəms Məmmədova narkomonaiya və onun fəsadları barədə söhbət açıblar.

Konfransda narkomaniyaya qarşı mübarizədən bəhs edən video çarx nümayiş olunub, bukletlər paylanıb.

Məqalə Qiyməti