"Barama Group" tələbələri turizm və hotelçiliklə bağlı maarifləndirib

: Oteldə turizm və hotelçiliklə bağlı maarifləndirmə təlimi
Oteldə turizm və hotelçiliklə bağlı maarifləndirmə təlimi

"Barama Group"un təşəbbüsü və təşkilatçılığı və  "River Side” hotelin dəstəyi ilə mayın 13-dən 27-dək Mingəçevir şəhərində turizm və hotelçiliklə bağlı maarifləndirmə təlimi keçirilib. Təlimdə Mingəçevir Dövlət Universitetinin və Mingəçevir Turizm Kollecinin tələbələri iştirak ediblər. İnteraktiv disskusiya formasında təlim aparan Toğrul Abbaszadə gənclərlə öz təcrübəsini bölüşüb. Sənan Mehdi isə xaricdə təhsil və "Erasmus+" proqramı ilə bağlı tələbələrin suallarını cavablandırıb. 3 həftə ərzində hər bazar günü baş tutan təlimin yekununda iştirakçılara sertifikatlar verilib.
"Barama Group"un təsisçiləri Sənan Mehdi, Toğrul Abbaszadə, İlqar Həsənov, Elşən İsmayılov, Orxan Sadıqlı, Rəvan Rzazadə və Toğrul İsmayılovdur.

Məqalə Qiyməti