“Yaxşıların yaxşısı” mükafatlandırıldı

: Mingəçevir Texniki humanitar liseyində mükafatlandırma mərasimi
Mingəçevir Texniki humanitar liseyində mükafatlandırma mərasimi

Mingəçevir Texniki humanitar liseyində ulu öndər Heydər Əliyevin 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Yaxşıların yaxşısı” mükafatlandırma mərasimi  keçirilib. Qeyd olunub ki, lisey 2017-2018-ci tədris ilinin təhsildə keyfiyyət ili elan edilməsi prinsipini rəhbər tutaraq, cəmiyyət üçün layiqli vətəndaş, XXI əsrin tələblərinə cavab verən və çevik düşünmə qabiliyyətinə malik insan yetişdirmək üçün bütün səy və bacarığını əsirgəməyib.

Liseyin direktoru Nailə Məmmədova bildirib ki, ənənə halını almış bu tədbir artıq 4 ildir ki, reallaşır: “Yarışmamızın məqsədi xüsusi istedada və biliyə, savada malik şagirdləri üzə çıxarmaq, onların ayrı-ayrı fənlərə marağını artıqmaqdır”. 

Direktor onu da vurğulayıb ki, ali məktəblərə bu ilki qəbul imtahanında 7 şagird 600-dən yuxarı bal toplayıb: “Digər şagirdlərimiz fənn olimpiadalarında, bilik yarışmalarında, idmanda yüksək nəticələr göstəriblər. Bu yarışma həm texniki, həm də humanitar fənlər üzrə 2 mərhələdə 5-8-ci siniflər arasında keçirilir. Amma yarışmaya ilk dəfə olaraq ibtidai sinif pilləsindən 4-cüləri də əlavə etmişik”.

Daha sonra fəqlənənlərə mükafatlar təqdim olunub. Mərasim şagirdlərin şən, rəngarəng musiqi nömrələri ilə davam edib.

Məqalə Qiyməti