MTK-da silsilə bayram tədbirləri

: Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib. 100 illik Cumhuriyyət tarixinə verilən ən dəyərli töfhələrdən biri də tələbə gənclərin əl işlərindən ibarət rəsm sərgisi olub. Sərgidə istedadlı gənclərin bir-birindən maraqlı əl işləri sərgilənib. Eyni zamanda sərgi zalında Azərbaycanın dövlətçilik ənənələrindən bəhs edən sənədli film nümayiş olunub. Sərgini ziyarət edən kollec rəhbərliyi, pedaqoqlar, tələbələr, valideyinlər və təhsil müəssisəsinin digər qonaqları yaradıcı nümunələrdən xoş təəssüratlar alıb. Bundan sonra bayram tədbiri iştirakçıları “Bir dəfə yüksələn bayraq bir daha enməz” adlı elmi nəzəri konfransda bir araya gəlib. Kollecin direktoru Əyyub Əyyubov konfrans iştirakçılarını 28 May Respublika günü münasibəti ilə təbrik edib və Azərbaycan xalqının azadlıq mübarizəsi və dövlətçilik tarixində xüsusi yeri olan Azərbaycan Xalq Cumhuriyyətinin şərəfli səlnaməsindən ətraflı söz açıb. Ardınca konfransın digər məruzəçiləri dinlənilib.

Sonda yubiley münasibəti ilə keçirilən müsabiqə və yarışların qalibləri mükafatlandırılıb. Konfrans ədəbi bədii kompozisiya ilə başa çatıb.

Məqalə Qiyməti