Tələbələr Lahıca gəldi

: Mingəçevir Turizm Kollecinin tələbələri Lahıcda
Mingəçevir Turizm Kollecinin tələbələri Lahıcda

Mingəçevir Turizm Kollecində “Turizm və onun təşkili”, “Bələdçilik işi”, “Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi” ixtisası üzrə təhsil alan 18 tələbə İsmayıllıya səfər edib. 3 pedaqoqun müşayəti ilə baş tutan gəzintinin ilk dayanacağı Lahıc qəsəbəsi olub. Lahıcın tarixi abidələri,   iki əsrlik tarixi addayan yaşayış və ictimai binaları,  həmçinin sənətkarlıq mərkəzləri ilə tanışlıq,  tarixi asma körpü üzərində gəzinti  və “Göl” istirahət mərkəzində nahar yaddaqalan olub. Ekskursiya ərzində çoxlu xatirə şəkilləri çəkilib.

Məqalə Qiyməti