Kollec tələbələrinin xarici ölkələrdə istehsalat təcrübəsi keçməsi nəzərdə tutulur

: Mingəçevir Turizm Kollecində  ingilis dili günü keçirilib
Mingəçevir Turizm Kollecində ingilis dili günü keçirilib

Mingəçevir Turizm Kollecində növbəti dil günü keçirilib. Kollecin direktoru Əyyub Əyyubov  dil günlərinin kollecdə ənənəvi xarakter daşıdığını bildirib və bunun səbəblərini açıqlayıb: “Kollecimiz geniş beynəlxalq əlaqələrə malikdir. Beynəlxalq təhsil proqramları və qarşılıqlı işgüzar əlaqələr çərçivəsində  çoxsaylı səfər, konfrans və seminarlarda iştirak edirik. O cümlədən tələbələrimizin xarici ölkələrdə istehsalat təcrübəsi keçməsi nəzərdə tutulur. Bunun üçün ilk növbədə xarici dil vərdişləri təkmilləşdirilməlidir. Digər tərəfdən turizm sənayesində çalışacaq mütəxəssisin  xarici dillərdən ən azı birini bilməsi zəruri şərtdir”.

Xarici dillərin önəmindən bəhs edən video çarxın nümayiş edilib, ardınca  beynəlxalq əlaqələr üzrə tərcüməçi Gülşən Nəsirova, ingilis dili müəllimləri Fəxriyyə Məbudova və Xəyalə Həşimova  xarici dilin əhəmiyyəti barədə danışıblar. Maraqlı müzakirə və diskusiyalardan sonra istedadlı tələbələrin ifasında ingilis dilində  hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Məqalə Qiyməti