MDU beynəlxalq əlaqələri genişləndirir

: İspaniyanın Valladolid şəhərində 1 həftəlik beynəlxalq həftə
İspaniyanın Valladolid şəhərində 1 həftəlik beynəlxalq həftə

İspaniyanın Valladolid şəhərində Valladolid Universitetində 1 həftəlik beynəlxalq həftə adlı təlim tədbiri keçirilib. Tədbirdə ümumilikdə 54 ölkənin: Çili, Qvatemela, Azərbaycan, Belarusiya, Ukrayna, Fici, Honduras, Trinedad, Vyetnam və digər ölkələrin ali təhsil müəssisəlrinin beynəlxalq əlaqələr üzrə nümayəndələri iştirak edib. Azərbaycanı bu tədbirdə Bakı Ali Neft Məktəbinin, Mingəçevir Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Mədəniyyət və Turizm Universitetinin beynəlxalq əlaqələr üzrə rəhbərləri təmsil ediblər.

Mingəçevir Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə sektor müdiri Samirə Əhmədova bildirib ki, İspaniyanın Valladolid Universitetinin tədris kampusları müxtəlif şəhərlərdə olsalar da, universitetin rəhbərliyi onların bu şəhərlərdə yerləşən kompuslarında olmalarına şərait yaradıb. Təlim iştirakçıları dərslərdə iştirak edib, tədris prosesi, müxtəlif sahəli laboratoriya və kitabxanalarla yaxından tanış olublar. Tədbirin sonunda isə iştirakçılara sertifikatlar təqdim edilib.

Təlimin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin beyəlxalqlaşdırılması, strateji planların qurulması haqqında məlumatın verilməsi, universitet strukturlarının idarə edilməsi və öyrədilməsi, tələbə-müəllim mübadiləsi, gələcək əməkdaşlıq və layihələr üzrə fikir mübadiləsi aparmaq olub.

Məqalə Qiyməti