MTK-da Qara Qarayevin yaradıcılığına həsr olunmuş oxucu konfransı

: Kollecin kitabxanasında oxucu  konfransı
Kollecin kitabxanasında oxucu konfransı

      2018-ci ildə Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyi keçiriləcək. Bu münasibətlə Mingəçevir Turizm Kollecində silsilə tədbirlər təşkil olunur. Kollecin kitabxanasında baş tutmuş oxucu  konfransı da Qara Qarayev yaradıcılığına həsr edilmişdi.

    “Bəstəkar Qara Qarayev nəslinin mədəniyyət və incəsənətimizin  və  dövlətçiliyimizin  tərəqqisində  mövqeyi” adlı konfrans ədəbiyyat müəllimləri Əşrəf Əsgərov  və  Kifayət Əliyevanın təşəbbüsü ilə təşkil olunub. Pedoqoqlarla yanaşı əyani və qiyabi şöbələrin tələbələri, xüsusilə bədii özfəaliyyət  qrupunun üzvü olan yaradıcı gənclər öz fəallığı və mövzuya marağı ilə  seçiliblər. Oxucu konfransında  iştirakçılara fəal fikir mübadiləsi şəraitində Qara Qarayevin Azərbaycan  musiqi sənətinin incisinə çevirilmiş əsərləri haqqında ətraflı məlumatlar verilib, bəstəkarın yaradıcılığına həsr olunmuş kitablar və məqalələrdən  söhbət açılıb.

Məqalə Qiyməti