Mingəçevirin ibtidai sinif müəllimləri təlimə cəlb olundu

: İbtidai  sinif müəllimləri üçün təlimlər
İbtidai sinif müəllimləri üçün təlimlər

“Mingəçevirdəki  10 saylı tam orta məktəbdə bütün ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri üçün təlimlərə başlanıb. Hazırda 5 sinifdə keçirilən təlimlərə 300 müəllim qatılıb. Onlara ibtidai sinif şagirdlərinin oxu bacarıqları və  anlama  strategiyası, beynəlxalq qiymətləndirmə haqqında məlumat veriləcək.  Qrup işləri də təşkil etmək, sonda müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək də nəzərdə tutulub”.

Bu barədə 4 saylı məktəbin riyaziyyat- informatika müəllimi, dissertant Natəvan Mustafayeva məlumat verib.  Onun sözlərinə görə,  10 saylı məktəbin  “İbtidai sinif şagirdləri üzrə oxu bacarıqlarının inkişafı layihəsi”  Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalıbi olub. 3 günlük təlimdə yalnız Mingəçevir şəhərində fəaliyyət göstərən ibtidai sinif müəllimləri iştirak edirlər.

Məqalə Qiyməti