“Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində yola düşəcək məktəblilərlə görüş

: Mingəçevir şəhər  İcra Hakimiyyətində  məktəblilərlə görüş
Mingəçevir şəhər İcra Hakimiyyətində məktəblilərlə görüş

Mingəçevir şəhər  İcra Hakimiyyətində  “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə İH başçısı aparatı və ictimaiyyət nümayəndələrinin görüşü keçirilib. İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov bildirib  ki, artıq 4-cü ildir Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alan IX-XI sinif şagirdlərinin vətənimizin müxtəlif bölgələrinə maarifləndirici turları  təşkil olunur:  “Məqsəd şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamız ın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır”.
Təhsil şöbəsinin müdiri Sahib Məmmədov, Təbiət-Riyaziyyat Humanitar Elmlər Təmayüllü liseyin direktoru Aidə İsmayılova, valideyn Mətanət Muxtarova,  şagird Rauf Şirinov 16-19 noyabr tarixlərində Quba-Qusar-Xacmaz rayonlarına səfərin yeniyetmə və gənclər üçün faydalı olacağına ümid etdiklərini bildiriblər.

Ötən müddətdə respublika üzrə ildə 2 dəfə olmaqla 7 istiqamət üzrə 7 tur-aksiya təşkil olunub. Bütün bölgələrin əhatə olunduğu bu tur-aksiyada 13648 məktəbli iştirak edib. Noyabrın 11-14-ü və 16-19-u tarixlərini əhatə edəcn növbəti tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfərin iştirakı nəzərdə tutulub.

Məqalə Qiyməti