Regionların məktəb psixoloqları faydalı bilgilər aldılar

: MMM-də məktəb psixoloqlarının seminarı
MMM-də məktəb psixoloqlarının seminarı

2017-ci il noyabrın 13 və 14-də Mingəçevir Media Mərkəzində “Məktəb psixoloqlarının praktik biliklərinin artırılması və tətbiqi istiqamətində maarifləndirmə işinin təşkili” mövzusunda seminar keçirilib. Layihənin rəhbəri,  Yasamal rayonu, 38 saylı tam orta məktəbin psixoloqu Jalə Məmmədovanın dediyinə görə, o, Təhsil nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalıbi olub:  “3 aylıq layihə müddətində Yevlax, Ağdam və Mingəçevir şəhərlərinin hər birində 3 gün olmaqla regionda fəaliyyət göstərən məktəb psixoloqları üçün təlim təşkil edirik. Məqsədimiz  məktəb psixoloqlarının praktiki biliklərinin artırılmasına, onların müasir psixoloji metodika ilə  tanış olmalarına dəstək göstərməkdir”.

 Təlimçi Natəvan Mövlamova davranış problemləri və onların həlli yolları, inkişaf  geriliyi yaşayan uşaqlarla fərdi reabilitasiya proseslərinin təşkili, təlimdə geri qalmanın səbəblərinin araşdırılması, çətin yeniyetməlik, peşə seçimi və s. haqqında məlumat  verib. Seminarda bu mövzuda videoçarxlar nümayiş olunub. Tədbir iştirakçıları qrup işlərində yiyələndikləri bilgiləri nümayiş etdirə biliblər.  

Seminar noyabrın 15-də  Mingəçevirdəki  8 saylı tam orta məktəbdə davam etdirilib.

Məqalə Qiyməti