“Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli-mənəvi sərvətlərindəndir”

: MTK-da Dövlət Bayrağı gününüə həsr olunan konfransda
MTK-da Dövlət Bayrağı gününüə həsr olunan konfransda

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Mingəçevir Turizm Kollecinin kollektivi  tərəfindən silsilə bayram tədbirləri ilə qeyd olunub. Müxtəlif müsabiqələr,  idman turnirləri və intelektual bilk yarışmaları pedaqoq və tələbələrin vətənpərvərlik duyğularının daha da güclənməsinə xidmət edib. Eyni zamanda  kollektiv Bayraq Günü münasibətilə təşkil olunmuş ümumşəhər tədbirində xüsusi  guşə ilə təmsil olunub. Tədbirin ardınca kollec “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli-mənəvi sərvətlərindəndir”   adlı elmi-nəzəri konfransa ev sahibliyi edib.

 Öncə konfrans iştirakçıları kollecin foyesində təşkil olunmuş və Bayraq Gününə tələbələrin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçiriblər. Ardınca Dövət Himninin canlı ifası ilə konfrans öz işinə başlayıb.

Konfransda bayram təbriklərini paylaşan  kollecin direktoru Əyyub Əyyubov  üç rəngli bayrağımızın  Azərbaycan Demokratik Cumhuriyyəti dönəmindən üzü bəri şərəfli tarixi barədə baxışlarını açıqlayıb, son azadlıq mücadiləsində Heydər Əliyevin bayraq sevgisindən ətraflı söhbət  açıb: “Məhz ümummilli lider tərəfindən  üç rəngli  Azərbaycan  Bayrağı ikinci dəfə müstqillik qazandıqdan sonra ilk dəfə   Naxçıvan Muxtar Respublikasının rəsmi Dövlət Bayrağı elan olundu. Ulu öndər deyirdi: “Müstəqilliyimiz əbədidir, dönməzdir”. Prezident İlham Əliyevin rəhbərliyi ilə  ölkə paytaxtında  və  bölgələrdə salınan  möhtəşəm Bayraq meydanları  prezidentin və Azərbaycan xalqının dövlətçiliyə sədaqət nümunəsidir. Tariximiz, Bayrağımız, Himnimiz və digər dəyərlərimiz milli kimliyimizin göstəricisidir. Biz bu dəyərlərə hər zaman canımız və qanımızla sahib çıxmalıyıq. Xoşbəxt xalqıq ki, azad dövlətimiz və dövlətçilik rəmzlərimiz var. Ən böyük arzumuz  üç rəngli  Dövlət Bayrağımızın işğal altında olan  torpaqlarımızda dalğalanmasına  nail olmaqdır. İnanırıq ki,  Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi ilə bu arzumuz yaxın vaxtda arzudan gerçəkliyə çevriləcək”. Dövlət Bayrağına  həsr olunmuş video-çarxa baxışdan sonra konfransda digər məzmunlu  məruzələr  dinlənilib. Pedaqoq Məleykə Vəlimməmədova, tələbələr Sevinc Ağayeva və Rəsul Hüseynov “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli-mənəvi sərvətlərindəndir”, “Bayrağımız  qürur mənbəyimizdir” və  “Bayrağımız müstəqilliyimizin və milli mənsubiyyətimizin  rəmzidir” mövzularında çıxış ediblər.

Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiya ilə başa çatıb. 

Məqalə Qiyməti