“Bayraqları bayraq yapan üstündəki qandır”

: 7 saylı  tam orta məktəbdə Bayraq günü
7 saylı tam orta məktəbdə Bayraq günü

Bayraq Azərbaycan xalqının milli qürur mənbəyidir, onu hər bir kəs uca və şərəfli tutmalıdır. Mingəçevirdəki R.Mirabov adına 7 saylı  tam orta məktəbdə Bayraq günü ilə əlaqədar Nuranə Əsgərovanın təşkilatçılığı ilə 7a sinfinin şagirdləri “Bayraqları bayraq yapan üstündəki qandır, torpaq uğrunda ölən varsa,  Vətəndir!” adlı musiqili-bədii kompozisiya təşkil edib. Tədbirdə şagirdlər  üç rəngli dövlət bayrağına həsr olunmuş şeir, söz və mahnı söyləyiblər.

Tədbirin sonunda məktəbin direktoru Anar İsmayılov müəllim və şagird kollektivini təbrik edib. O, deyib ki,  Bayraq gününə həsr olunmuş tədbirin keçirilməsi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, milli dünyagörüşün formalaşmasında xüsusi rol oynayır.

Bayram tədbiri bu münasibətlə təşkil olunan rəsm müsabiqəsində fərqlənən şagirdlərə təşəkkürnamələrin təqdimatı ilə bitib.

Məqalə Qiyməti