1 saylı məktəbdə möhtəşəm Bayraq günü

: 1 saylı tam orta məktəbdə Dövlət Bayrağı günü
1 saylı tam orta məktəbdə Dövlət Bayrağı günü

Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Mingəçevir təhsili də   bu dəyərləri daim yaşadır.Bütün ümumtəhsil müəssisələrində bu gün münasibəti ilə tədbir keçirilib. Belə möhtəşəm tədbirlərdən biri də bu gün 1 saylı tam orta məktəbdə baş tutub.
Məktəb şagirdlərinin ifasında Himnimizə və Dövlət Bayrağımıza həsr olunmuş şeir və mahnılar, rəqs nömrələri maraqla qarşılanıb. Tədbirin təşkilatçıları - məktəbin müəllimələri Lalə Əliyeva və Səbinə Həsənova  ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən hadisələri xatırladaraq, 70 ildən sonra üçrəngli bayrağımızın Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul olunmasından, Azərbaycan Ali Soveti qarşısında bununla bağlı vəsatət qaldırılmasından danışılıblar. 
2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Məqalə Qiyməti