MDU-nun altı tələbəsi elmi-tədqiqat işini təqdim etdi

: MDU-nun Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin konfransında
MDU-nun Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin konfransında

Oktyabrın 26-da Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin “Elmin bu günü və sabahı gənclərin gözü ilə” mövzusunda elmi konfransı keçirilib. Fakültə dekanı Vüqar Mustafayev, universitetin elmi işlər üzrə prorektoru Veysəl Əyyubov və Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Günəş Şəfaqətov çıxış edərək, bildiriblər ki, belə elmi konfranslar  tədrisin keyfiyyətinin yüksəldilməsinə və yüksək ixtisaslı mütəxəssis hazırlanmasına  səmərəli təsir göstərir. Eyni zamanda tələbələrdə tədqiqat bacarıqları və vərdişləri yaranır, natiqlik qabiliyyəti formalaşır.

Tələbələrdən Elsevər Cəfərli (elmi rəhbəri Liliya Süleymanova) “Polimer dielektriklərdə dielektrik itkilərinin və dielektrik nüfuzluğunun təyini”, Leyla İsmayılova (elmi rəhbəri Rayihə Ağayeva) “Azərbaycanda peşə təhsilinin inkişaf perspektivləri”,   Aidə Qurbanova (elmi rəhbəri Asudə Abdurrahmanova) “İnformasiya asılılığı problemi və onunla mübarizə yolları”,  Mehriban Fərəcova (elmi rəhbəri Vüqar Mustafayev) “Tullantıların təkrar emalı sənayesinin inkişaf  perspektivləri”,  Taleh Məmmədov (elmi rəhbəri Səadət Şıxəliyeva) “İşıqlandırma qurğularının inkişaf perspektivləri” və  Şəhla Mirzəyeva (elmi rəhbəri Aidə Mustafayeva) “Elektron məktəb sisteminin tətbiqi və inkişaf perspektivləri” mövzularında hazırladıqları tədqiqt işlərini təqdim edib və konfrans iştirakçılarının suallarını cavablandırıblar. Tələbə-gənclərə elmi araşdırmalarını daha da təkmilləşdirmək üçün tövsiyyələri də verilib.

Məqalə Qiyməti