Mingəçevirdəki 1 sayli məktəbdə müstəqillik günümüz necə qeyd olundu?

: Şagirdlərin ifasında Milli Müstəqillik gününə həsr edilmiş kompozisiya
Şagirdlərin ifasında Milli Müstəqillik gününə həsr edilmiş kompozisiya

Oktyabrın 18-də Mingəçevirdəki 1 saylı tam orta məktəbdə Milli Müstəqillik günü Dövlət Himninizin oxunması ilə başlanıb. Tarix müəllimi Füzuli Əhmədov  deyib ki, Azərbaycan bütün çətinliyə, 70 illik zülm və əsarətə baxmayraq, 1991-ci il oktyabr ayının 18-də özünün müstəqilliyini yenidən bərpa edib: “Ancaq zamanın axarı ölkəmizi daha böyük sınağa çəkdi. Çətinliklər bahasına əldə etdiyimiz müstəqilliyimiz daxili çəkişmələr və xarici qüvvələrin müdaxiləsi nəticəsində təhlükə ilə üz-üzə qaldı. Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin  hakimiyyətə qayıdışı ilə bu təhlükə tamamilə sovuşdu”.

Azərbaycan dili və ədəbiyyat müəllimi   Könül Hüseynova, məktəbin direktoru Aynur Rəsulova da fikirlərini bölüşüblər.

Şagirdlərin ifasında Milli Müstəqillik gününə həsr edilmiş kompozisiya,  şən musiqi və rəqs nömrələri nümayiş etdirilib.  Sonda məktəblilər şar balonlarını havaya uçurdublar.

Məqalə Qiyməti