“Öyrən, tətbiq et, qazan!”

: Müəllimlərə sertifikatlar təqdim olunarkən
Müəllimlərə sertifikatlar təqdim olunarkən

May ayından İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyilə Mingəçevirdə müəllimlərin İKT bacarıqlarını artırmaq üçün  “Öyrən, tətbiq et, qazan!” layihəsi gerçəkləşdirilir.  Ötən müddətdə 50 müəllim kurslara qatılaraq, elektron lövhələrdən istifadə etmək yollarını öyrənib.

Layihənin  və “Lider” MMC-nin  rəhbəri Elmir  Allahverdiyev sentyabrın 16-da Mingəçevir Gənclər Evində sertifikatların təqdim olunma mərasimində bu barədə danışıb. Onun bildirdiyinə görə, şəhərin bütün məktəblərinə belə “ağıllı lövhələr” gətirilsə də, əksəriyyətində cığaradan çıxarılmayıb, çünki müəllimlərin böyük əksəriyyəti  bundan istifadə etməyi bacarmır: “Biz onlara dərs materiallarını (mətn, rəsm və foto, videoçarx və təqdimatlar) toplu şəklində hazırlmağı öyrədirik. İlk vaxtlar bunları DVD diskdə yaymaq nəzərdə tutulub. Gələcəkdə isə yaratmağa başladığımız internet səhifəsində yerləşdiriləcək”.

Məqalə Qiyməti