“Mingəçevir məktəblilərinin əldə etdikləri nəticələr ürəkaçandır”

: 6 saylı tam orta məktəbdə Bilik günü
6 saylı tam orta məktəbdə Bilik günü

Azərbaycanın bütün bölgələrində olduğu kimi, Mingəçevirdə də 15 sentyabr Bilik günü qeyd edilib. Bütün məktəblərdə ilk dərs böyük tarixi torpaqlara,  Cocuq Mərcamlıya qayıdış məşğələləri ilə başlayıb.

Belə möhtəşəm tədbirlərdən biri də şəhərdəki  B.Şıxəliyev adına 6 saylı tam orta məktəbdə keçirilib. Dövlər himni səsləndikdən sonra üçrəngli bayrağımız meydana gətirilib. Milli musiqimizin sədaları altında birincilər səhnəyə gəlib. Şagirdlərin ifasında bir-birindən gözəl rəqslər, mahnılar, vətənpərvərlik haqqında səsləndirilib. Məktəbin direktoru Xurşud Zamanova müəllim, şagird və valideynləri bilik günü münasibəti ilə təbrik edib və deyib ki, Cocuq Mərcanlı kimi işğal altında olan digər torpaqlarımıza da tezliklə qayıdış olacaq” .

Direktor məktəbin idman sahəsindəki uğurlarından, 16 məzunun yarısının  ail məktəblərə qəbulundan,  44 şagirdin birinci kimi bu il məktəbə gəlişindən də söz açıb. Tədbirin sonunda təhsildə uğur qazanmış  müəllim və şagirdlərə diplom və tərifnamələr verilb. Tədbirdə İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri də iştirak edib.

 Mingəçevir təhsil şöbəsinin  müdiri  Sahib Məmmədovdan aldığımız məlumata görə, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi təhsildə uğurların artmasına, tədrisin keyfiyyətinin ilbəil yüksəlməsinə imkan verir: “Bu il Mingəçevir şəhərinin tam orta məktəblərini bitirən məzunlardan 426-sı tələbə adını qazanıb. Onlardan 60-ı 600-dən, 64-ü isə 500-dən yuxarı bal toplayıb. Son beş ilin müqayisəli təhlili göstərir ki, həm ali məktəblərə qəbulun göstəricilərinə, həm də elmi layihələrdə, olimpiada və müxtəlif müsabiqələrdə iştiraka görə Mingəçevir məktəblilərinin əldə etdikləri nəticələr ürəkaçandır”.

Məqalə Qiyməti