“Keçmişimizlə gələcəyə doğru!”

: “Keçmişimizlə gələcəyə doğru!” adlı layihənin təlimlərinə start verilib
“Keçmişimizlə gələcəyə doğru!” adlı layihənin təlimlərinə start verilib

Gənclər Fondunun dəstəyilə Mingəçevirdə tariximizin təbliğiylə bağlı  layihəyə start verilib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII Qrant müsabiqəsi çərçivəsində “Keçmişimizlə gələcəyə doğru!” adlı layihənin təlimlərinə start verilib. Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseydə baş tutan layihənin məqsədi gənclərin tariximizin zənginliyi, onun keçmişi ilə bağlı bilgiləndirilməsi, onların asudə vaxtlarında Azərbaycan tarixi haqqında məlumatlandırılmasıdır.

İlkin təlimdə Azərbaycanda ilk insanın yaranma tarixi, ibtidai icma quruluşunun dövrləri, ümumilikdə Azərbaycanın tarixi irsi, mədəniyyəti haqqında ətraflı məlumat verilib. Daha sonra mövzularla bağlı təlim iştirakçıları arasında müzakirələr aparılıb, mövzuları əks etdirən video çarxlar nümayiş olunub, bu da gənclərin böyük marağına səbəb olub.

Təlimlər müddətində öz fəallığı ilə seçilən şagirdlərdən ibarət komanda formalaşdırılacaq, onlar arasında mövzuları əhatə edən intellektual yarış təşkil olunacaq. Layihənin sonunda qalib gələn komanda üzvləri sertifikatla mükafatlandırılacaqlar.

Məqalə Qiyməti