Mingəçevir Turizm Kollecində Bilik Günü coşqusu

: Mingəçevir Turizm Kollecində Bilik Günü
Mingəçevir Turizm Kollecində Bilik Günü

643 gənc yeni tədris ilindən etibarən taleyini bu ünlü kollektivlə bağlayıb


Sentyabrın 15-də Bilik günü münasibəti ilə Mingəçevir Turizm Kollecində coşqulu bayram tədbiri keçirilib. Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov təhsilin inkişafı naminə dövlət səviyyəsində atılan məqsədyönlü addımlardan və tətbiq olunan yeniliklərdən söhbət açıb. O, qeyd edib ki, 643 gənc yeni tədris ilindən etibarən taleyini bu ünlü kollektivlə bağlayıb. Eyni zamanda bu ildən  “Mehmanxana, turist, sanatoriya və kurort komplekslərində iaşə və servis” adlı yeni ixtisas da açılıb və 79 gənc bu ixtisas üzrə təhsil almağa qərar verib.

Təhsilə diqqət və həssaslıq nümayiş etdirdiyinə görə ölkə başçısının ünvanına xoş sözlər söyləyən Ə.Əyubov onu da deyib ki, turizm qeyri neft sektorunun ən perspektivli sahələrindən hesab olunur və turizmin inkişafını təmin edəcək kadrların yetişdirilməsində MTK önəmli rol oynayır: “Bu təhsil ocağının məzunlarına bu gün olduğu kimi sabah da böyük tələbat  olacaq”.

Ardınca yüksək balla Mingəçevir Turizm Kollecinə qəbul olunmuş tələbə Ülviyyə Quliyeva,  valideyn İsrafil Məmmədov bayram təbriklərini paylaşıblar. Kollecin tədris şöbəsinin müdiri Qəhrəman Kərimov dərs cədvəli və tədris qrafiki ilə tələbələri tanış edib.

Bayram tədbiri şux   nəğmə və rəqslərin müşayəti altında davam edib. Kollecin özfəaliyyət qrupunun üzvləri maraqlı proqramla tədbirdə xoş ovqat yaradıblar.

Məqalə Qiyməti