İcra başçısın gəlişi məktəbliləri sevindirib

: Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı 7 saylı məktəbdə
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı 7 saylı məktəbdə

Başçı təmir olunmuş məktəblərin fənn və hərbi kabinetləri, laboratoriya, idman zalı, müəllimlər otağı və yeməkxanası ilə tanış olub

15 sentyabr Bilik günü şəhərimizin bütün ümumtəhsil ocaqlarında qeyd olunub. Əsaslı  təmir olunmuş 1,7 və 9 saylı məktəblərdə isə böyük izdiham yaşanıb. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təmirdən sonra qapılarını müəllim və şagirdlərin üzünə açmış məktəblərə gəlib. Məktəblərin fənn və hərbi kabinetləri, laboratoriya, idman zalı, müəllimlər otağı və yeməkxanası ilə tanış olan şəhər rəhbəri ölkəmizdə təhsilin inkişafının hamımızdan asılı olduğunu, Azərbaycan təhsilinin zəngin ənənələrə, milli-mənəvi dəyərlərə söykəndiyini  bildirib: “Uşaq məktəbdə necə formalaşırsa, elə də vətəndaş olur. Biz onların gələcəyi üçün əlimizdən gələni əsirgəməməliyik.”

Məktəb rəhbərləri, müəllim və valideynlər yaradılmış şəraitə görə ölkə başçısına və şəhər rəhbərinə təşəkkürlərini çatdırıblar. İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, diqqət və qayğıya cavab olaraq müəllimlər gənc nəslin təlim-tərbiyəsində yüksək nəticələr əldə edəcək, məktəblilər bu şəraitdən istifadə edərək, uğurlarını artıracaqlar.

Məqalə Qiyməti