Mingəçevirdəki Tibb Kollecinin tələbələri gənclərimizi qara qüvvələrin əlində alət olmamağa çağırdılar

: Kollecdə təşkil olunan toplantı  zamanı
Kollecdə təşkil olunan toplantı zamanı

Kollecdə təşkil olunan toplantı milli-mənəvi dəyərlərimizin qorunmasına həsr edilib

 

Kollecin direktoru Fikrət Zeynalov deyib ki, qədim dövlətçilik tarixinə malik Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalıb, bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib: “Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Milli dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibət gələcəyimiz üçün yaxşı heç nə vəd etmir. Tarixdən məlumdur ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində “əriyib” yox olmuş və tarixin səhnəsindən birdəfəlik silinmişlər. Hər bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir”.

Kollecin Tələbə Gənclər Təşkilatının sədri Elmar Fətullayev  milli–mənəvi dəyərlərin qorunması istiqamətində mütamadi olaraq gənclər arasında maarifləndirici tədbirlər həyata keçirdiklərindən danışıb. O, vurğulayıb ki,  Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev milli dəyərlərimizə, soykökümüzə qayıdışın, milli hisslərimizin oyanışının xalqımız üçün gərəkliliyini hər zaman nəzərə alır. bu sahəni diqqət mərkəzində saxlayırdı: “Biz mingəçevirli gənclər islamın terror yox, sülh, qardaşlıq, ədalət dini olduğunu yaxşı dərk edirik. Gənclərimizi qara qüvvələrin əlində alət olmamağa, Prezidentimiz ətrafında sıx birləşməyə səsləyirik”.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Firəngiz Həsənova, şəhər prokurorunun böyük köməkçisi İlham Cəfərzadə, kollecin müəllimi  Zaur Museyibov və Afaq Cəfərova da mövzu ətrafında fikirlərini bölüşüblər.

Məqalə Qiyməti