Mingəçevirdəki məktəbdə “Dədə Qorqud” gecəsi

: Tədbirdə dastandan bir boy səhnələşdirilmiş şəkildə təqdim olunub
Tədbirdə dastandan bir boy səhnələşdirilmiş şəkildə təqdim olunub

Məktəbin direktoru Xurşud Qarayeva dastanın tarixi haqqında danışıb


Mingəçevirdəki   6 saylı məktəbdə   “Dədə Qorqud”a həsr olunmuş tədbir keçirilib. Öncə qonaqlar və məktəb kollektivi eposu əks etdirən sərgiyə və bulletenlərə baxış keçiriblər.

Məktəbin direktoru Xurşud Qarayeva dastanın tarixi haqqında danışıb: “Bu, türk xalqlarının yaratmış olduğu ən zəngin, möhtəşəm sənət əsəridir. Tərəzinin bir gözünə “Kitabı Dədə Qorqud”u, digər gözünə idə digər dastanları qoysaq, “Kitabı Dədə Qorqud” daha ağır gələr”. 

Tədbirdə dastandan bir boy səhnələşdirilmiş şəkildə təqdim olunub.

Aparıcı, IX sinif şagirdi Aysel Abbas qızı bədii hissədən sonra  meydanın debatçılara verildiyini elan edib. Debatda şagirdlər olduqca fəal iştirak ediblər. 

Məqalə Qiyməti