Mingəçevir Peşə məktəbində elmi-nəzəri konfrans olub

: Konfrans zamanı
Konfrans zamanı

Dekabrın 18-də keçirilən konfrans  “Milli-mənəvi dəyərlərimiz dövlətçiliyimizin möhkəmlənməsinmə xidmət etməlidir“ mövzusuna həsr edilib

 

Məktəbin direktoru Ələddin Dəmirov Azərbaycan xalqının milli, dini dəyərlərindən, hər bir xalqın öz milli mənsubiyyətinə, dininə hörmətlə yanaşmağın vacibliyindən danışıb.  Mingəçevir şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Firəngiz Həsənova deyib ki, milli-mənəvi dəyərlərimiz dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etməlidir, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə və dini inanclarına bağlılığından asılıdır: “Azərbaycan xalqı bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli kimliyini, özünəməxsusluğunu qoruyub saxlayıb. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli- mənəvi, mədəni, ədəbi dövlətçilik irsinə sahib olmasıdır”.

Peşə məktəbinin tədris-istehsalat işləri üzrə direktor müavini İradə Rəhimova konfransda dövlət və milli-mənəvi dəyərlərimizdən, müəllim Mirpaşa Abbasov Azərbaycanın tolerantlıq ölkəsi olmasından, kimyəvi analiz laborantı qrupunun şagirdi Kəmalə Mehdiyeva Heydər Əliyevin islam dininə münasibətindən bəhs ediblər.

Məqalə Qiyməti