Mingəçevir liseyində ailə dəyərləri mövzusunda “açıq dərs”

: liseyin VI a sinfində   texnologiya fənni üzrə  açıq dərs zamanı
liseyin VI a sinfində texnologiya fənni üzrə açıq dərs zamanı

3 qrupa (zəhmət, bilik və hünər) bölünən şagirdlər müəllimin ünvanladığı sualları  elektron löhvədə cəld və maraqla cavablandırıblar

 

Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin VI a sinfində   texnologiya fənni üzrə “Ailədə davranış və ünsiyyət mədəniyyəti” mözusunda açıq dərs keçirilib. Fənni tədris edən Qərənfi Qafarova şagirdlərə ailədə, cəmiyyətdə, ictimayyətdə  davranış və ünsiyyət qaydalarını izah edib. 3 qrupa (zəhmət, bilik və hünər) bölünən şagirdlər müəllimin ünvanladığı sualları  elektron löhvədə cəld və maraqla cavablandırıblar. Daha sonra şagirdlər ailə mövzusundan bəhs edən videoçarxa baxıb və hazırladıqları kiçik tamaşaları nümayiş etdiriblər.  “Açıq dərs”in sonunda elektron löhvədən sərbəst istifadə etdikləri və verilən suallara tez və düzgün cavablandırdıqları üçün şairdlərin bilikləri müsbət qiymətləndirilib. “Açıq dərs”də liseyin direktoru Aidə İsmayılova, direktor müavini və müəllimlər iştirak ediblər.

Məqalə Qiyməti