MDU-da rektor tələbələrlə görüşüb

: Tələbələrlə görüş
Tələbələrlə görüş

Rektor qrumların məsullarına tələbələrin asudə vaxtlarının təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib

 

Universitetin rektoru Akif Hacıyev tələbələrin problemləri ilə maraqlanıb. Təhsildəki qayğılarından, yarana biləcək ehtiyacları barədə məlumat vermələrini xahiş edib. Elmə, təhsilə maraq göstərmələrini tövsiyə edib, davamiyyətə, etik norma və qaydalara riayət etmələrini tap.;r;b/ Rektor ölkə rəhbərinin təhsilə göstərdiyi diqqət və qayğıdan da danışıb.

Tələbələr onları maraqlandıran məsələlərlə bağlı suallarını ünvanlayıblar.

Tədbirdə fakültə dekanları ilə yanaşı, universitet və fakültə Tələbə Elmi Cəmiyyətinin, Gənclər və Həmkarlar təşkilatının məsul nümayəndələri də iştirak edib. Rektor qrumların məsullarına tələbələrin asudə vaxtlarının təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib. 

Məqalə Qiyməti