MDU-da mini-futbol yarışları başa çatıb

: Mini futbol
Mini futbol

Finalda birinci hissə 1:1 hesabı ilə başa çatsa da, ikinci hissədə tələbə azarkeşlər qapılara vurulan üç qolun sevincini yaşayıblar

 

Mingəçevir Dövlət Universitetində mini futbol üzrə qruplararası birincilik keçirilib. Oktyabrın 12-də start götürən birincilikyə 16 komanda qoşulub. Olimpiya sistemi üzrə keçirilən yarışda ən böyük nəticə 4-cü gün qeydə alınıb. III kursun iqtisadçıları I kursun sənaye iqtisadçılarına 7:0 hesabı ilə qalib gəliblər. Digər oyunlar isə minimal nəticələrlə başa çatıb. 22 oktyabr tarixində keçirilən yarımfinalda III kurs iqtisadçıları IV kurs nəqliyyatçılarını (1:0), IV kurs iqtisadçıları isə  II kurs sənaye iqtisadçılarını (3:1) məğlub ediblər.

Finalda III kurs iqtisadçıları ilə IV kurs iqtisadçıları yarışıblar. Birinci hissə 1:1 hesabı ilə başa çatsa da, ikinci hissədə tələbə azarkeşlər qapılara vurulan üç qolun sevincini yaşayıblar. Nəticədə III kurs tələbələri IV kurs tələbələri üzərində 3:2 hesabı ilə qələbə qazanıblar. Qaliblər Kubok və Fəxri Fərmanla təltif olunublar.

Ən yaxşı qapıçı adına Ələmdar Ələkbərli, ən yaxşı müdafiəçi Səxavət Cəbrayılov, ən yaxşı hücumçular Samir Rüstəmzadə və Elvin Poladov, ən yaxşı qolun müəllifi isə Mais Yusifli qeydə alınıb. Yarışda qapılara ən çox top vuran Samir Rüstəmzadə olub. Komandaları yarışa universitetinin İdman-Sağlamlıq Kompleksinin rəhbəri Fərman Məmmədov hazırlayıb. Yarışları isə universitetin məşqçi-müəllimi Mehman Baxışov idarə edib.

Məqalə Qiyməti