MDU-da oktyabr ayı üşün nəzərdə tutulan kollokvium başa çatır

: Kollokvium
Kollokvium

Tələbənin fənn üzrə ballarının yarısı semestr ərzindəki fəaliyyətinə, digər yarısı isə imtahanın nəticələrinə görə toplanır

 

Mingəçevir Dövlət Universitetində tələbələrin bilik və bacarıqlarını yoxlamaq məqsədilə oktyabr ayı üçün nəzərdə tutulan kollokvium yekunlaşmaq üzrədir. Kollokvium yazılı şəkildə, birbaşa rektorun və fakültə dekanlıqlarının nəzarəti altında keçirilir. Auditoriyalarda quraşdırılmış veb kameralar nəzarətin daha ciddi şəkildə aparıldığını təmin edir. Bu sistem tələbəyə fərdi yanaşmanı təmin etməklə onun tədris prosesindəki fəaliyyətinin əsas istiqamətlərini əhatə edir.

Tələbənin fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı semestr ərzindəki fəaliyyətə, digər yarısı isə imtahanın nəticələrinə görə toplanır. Kollokviumların nəticələri yoxlanaraq dərhal qrup jurnallarına qeyd olnur. Əsasnaməyə uyğun olaraq kollokviumlar hər bir fənn üzrə semestr ərzində üç dəfə keçirilir.   

Məqalə Qiyməti