MDU-da professor-müəllim heyətilə əmək müqaviləsi bağlanıb

: Əmək müqaviləsi bağlanarkən
Əmək müqaviləsi bağlanarkən

Rektor  professor və müəllim heyətinə ədalət prinsipinə və obyektivliyə xələl gətirməməyi tövsiyə edib

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyul 2015-ci il tarixli 1335 saylı sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Mingəçevir Dövlət Universiteti yaradılıb. MPİ-nin əyani şöbəsinin I-IV və qiyabi şöbəsinin  I-V kurslarının, AMİ Mingəçevir filialının əyani şöbəsinin  III-IV və  qiyabi şöbəsinin III-V kurs tələbələri (son 2 ildə bu məktəbdə qəbul dayandırılmışdı) Mingəçevir Dövlət Universitetində təhsillərini MDU-da davam etdirirlər.

MDU-nun rektoru Akif Hacıuev  professor və müəllim heyətinə pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını tələbələrdən əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək, müəllim-tələbə münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, ədalət prinsipinə və obyektivliyə xələl gətirməməyi tövsiyə və tələb edib.

Bundan sonra universitetin rektoru ilə professor-müəllim heyəti arasında işə qəbulla bağlı əmək müqavilələri bağlanıb.

Məqalə Qiyməti