Mingəçevirdəki tərbiyəçilər üçün məktəbəqədər təhsil kurikulumu

: Məktəbəqədər müəssisələrin tərbiyəçiləri üçün təlim
Məktəbəqədər müəssisələrin tərbiyəçiləri üçün təlim

Məsələyə 10 saylı körpələr evi-uşaq bağçasının müdiri, “Mədəd Azərbaycan” təşkilatının kurikulum üzrə təlimçisi Natəvan Cəfərova aydınlıq gətirib

 

Mingəçevir şəhərində fəaliyyət göstərən 10 və 16 saylı uşaq bağçalarında tərbiyəçi-müəllimlər üçün məktəbəqədər təhsil kurikulumu ilə bağlı təlimlər keçirilir. Burada Mingəçevirdəki  21 uşaq bağçasının işçiləri  iştirak edirlər. Məqsəd müəllimlərə kurikulumun məzmununu  aşılamaqdır. Bununla bağlı 10 saylı körpələr evi-uşaq bağçasının müdiri, “Mədəd Azərbaycan” təşkilatının kurikulum üzrə təlimçisi Natəvan Cəfərova ilə görüşdük. O, qeyd etdi ki, təlimlərə 2013-cü ildən başlanıb: “2014-cü ildə Mingəçevir şəhərinin tərbiyəçiləri təlimlərə cəlb olunublar. İndi isə “Mədəd Azərbaycan” təşkilatı Təhsil Nazirliyi ilə birgə qarşılıqlı müqavilə əsasında təlimlər  təşkil edir. Təlimlər hər qrup üçün 10 gün davam edir. Artıq 4-cü qrup  üzrə təlimlərə başlanıb”. Natəvan xanımın sözlərinə görə, bu adamlar əvvəllər ənənəvi proqramla işləyirdilər: “Soruşa bilərsiniz ki, ənənəvi proqramla kurikulum proqramının fərqi nədir və üstün cəhətləri hansılardır?  Ənənəvi proqramda üstün olan ən yaxşı keyfiyyətlər kurikuluma gətirilib.  Kurikulum  uşaq yönümlü bir proqramdır. Əgər ənənəvi proqramda uşaq obyekt, müəllim subyekt olurdusa, kurikulumda subyekt-subyekt  münasibəti var. Uşaq tərbiyəçi ilə eyni müstəvidə, eyni məkanda, eyni yerdə öyrədilir. Adətən deyirlər ki, kurikulum çətindir. Kurikulumun ola bilər nəzəriyyəsi çətin olsun. Lakin bu zaman oyun vasitəsi ilə təlimə üstünlük verilir. Təlim  o qədər maraqlı olmalıdır ki, uşaq oyun zamanı oyrənə bilsin. Kurikulum ənənəvi proqramdan daha asandır. Əgər ənənəvi təlimdə məktəbə hazırlıq qrupunun uşağı 20 dairəsində  saymaq, hesablamaq əməliyyatını yerinə yetirirdisə, kurikulumda bu 10-dan yuxarı qalxmır. Kurikulumda uşaqların hər birinin fərdi xüsusiyyətlərini nəzərə alaraq, təlimin onun üzərində qurulması nəzərdə tutulur. Məqsəd  budur ki,ənənəvi proqramla işləyən tərbiyəçiləri yeni yönümə, yeni quruluşa dəvət edək. Burada dünya təcrübəsindən də istifadə olunur. Onu da deyim ki, kurikulumun adı çətin görünə bilər. Bu sistem tərbiyəçiyə bir istiqamət verir. Mənim bir təlimçi kimi borcum tərbiyəçilərə bu vəziyyətdən çıxış yollarını  tapa bilmək yollarını göstərməkdir”.

Təlimçinin dediyinə görə, 10 günlük təlim prosesində  4 dəfə kiçik  qiymətləndirmə aparılır:  “Bu qiymətləndirmədən sonra müəllimələrin fəallığı nəzərə alınaraq, yekunda sertifikat verilir. Hazırda 3 qrup üzrə təlimlər  yekunlaşıb. 73 nəfədən yalnız 6-sı sertifikat ala bilməyib”.

Təlimlərdə iştirak edən müəllimlər yeni biliklər əldə etdiklərini və bu metodun ənənəvi proqramlardan üstün olduğunu bildiriblər. 1 saylı uşaq bağçasının müəllimi  Çinarə Həmidova öz təsüratlarını bizimlə bölüşdü: “Hər şey təzə başlayanda çətin olur. Nəzəriyə bir az mürəkkəbdir, amma bunu həyata keçirəndə, üzərində işləyəndə o qədər də ağır olmur. Təkrarladıqca  bu iş sadələşir”.

Məqalə Qiyməti