6 qızıl, 1 gümüş əsas

Fərman Nəbiyev: Qızıl və gümüş medal alan məzunlara görüş
Qızıl və gümüş medal alan məzunlara görüş

Mingəçevirin bu ilki orta məktəb  məzunlarının əksəriyyəti  müəllimlərinin və valideynlərinin etimadını doğrulda bilib

 

“Bu şəhər təhsilə marağı ilə həmişə seçilib. Biz də çalışırıq ki, uşaqlarımızın yaxşı təhsil alması üçün nümunəvi  şərait yaradaq. Son illər məktəblərimizin əksəriyyəti yüksək səviyyədə təmir olunub, lazımi avadanlıqlarla təchiz edilib. Mingəçevirdə dövlət universitetinin açılması isə Prezidentin şəhərimizə, onun təhsilinə diqqət və qayğısının təcəssümüdür”.

Mingəçevir Şəhər İcra Haimiyyətinin başçısı Niyazi Bayramov orta təhsilin yekunlarına görə qızıl və gümüş medal alan məzunlara bu gün  mükafat və hədiyyələri təqdim edərkən belə deyib.

Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov ötən dərs ilində qazanılan uğurlara nəzər salıb, Mingəçevirin bölgədə öz çəkisi və yeri olduğunu vurğulayıb: “2466 məzunu olan Gəncənin məzunlarından bu il cəmi 2 nəfər medal alıb, bizim məktəbləri isə 831 nəfər bitirib, onların 6-sı qızıl, 1-i  gümüş medala layiq görülüb. Ali məktəblərə qəbul imtahanında 42 nəfər 600-dən, 82 nəfər  500-dən çox bal toplayıb. 10 saylı məktəbin məzunu Zeynəb 692 balla şəhər üzrə ən yüksək nəticə göstərib”.

Görüşdə   çıxış edən  qızıl medalçı Zeynəb Əmiraslanova  bu nəticəni qazanmasına görə müəllimlərinə və valideynlərinə minnətdarlıq edib, eyni zamanda onun oxuduğu məktəbin təmirini və müasir avadanlıqlarla təchizatını həll etməyi bacaran icra hakimiyyəti başçısına təşəkkürünü çatdırıb. Medalçılardan  Zaur Vəlizadə (13 saylı məktəb), Ruhin Abışov (TRHETL) və  Nərmin Nəbiyeva (10 sayl məktəb), valideynlərdən Kərim Əmiraslanov və Azər Həsənli, 13 və 10 saylı məktəblərin direktorları Tünzalə Əfəndiyeva və Xumarə Mikayılova da sevinclərini bölüşüblər.

Qeyd edək ki, bu ilki məzunlardan  Etibar Abbasov (TRHETL) və Ayşən Məmmədli (20 saylı məktəb) də qızıl, Fərid Həsənli (THL) isə gümüş medala layiq görülüblər. 2 məzun tədbirə qatıla bilmədiyindən onları valideynləri təmsil edib.

 

Məqalə Qiyməti