Mingəçevirdə universitet açıldı əsas

Yeganə Nəbiyeva: Mingəçevirdən görünüş
Mingəçevirdən görünüş

Bu gün Mingəçevir Dövlət Universitetinin yaradılması barədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb.

 

Sərəncama əsasən Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılır və eyni zamanda Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialının maddi-texniki bazası Mingəçevir Dövlət Universitetinin balansına verilir.

Sərəncamla Nazirlər Kabinetinə Mingəçevir Dövlət Universitetinin yaradılması ilə bağlı digər məsələləri həll etmək tapşırılıb.

Bu, Mingəçevir və ətraf regionlar üçün çox böyük əhəmiyyət daşıyır və təhsilin inkişafında böyük rol oynayacaq. Əyalətlərdə ali və orta ixtisas məktəblərinin fəaliyyətinə dövlət dəstəyinin verilməsi bir sıra strateji dövlət məsələlərinin həllinə ciddi təsir edəcək. İlk növbədə regionlar tək iqtisadi resusrs bazası kimi deyil, həm də elmi-texniki baza kimi inkişaf edəcəkdir. Ziyalı təbəqəsi möhkəmlənəcək, əhali üçün yeni iş yerləri yaranacaq, əhalinin ənənəvi sənaye mərkəzlərinə axını zəifləyəcək. Paytaxtda əhali sıxlığı müəyyən qədər azalacaqdır. Həmçinin regional universitetin məzunlarının işlə təmianatı üçün yeni müəssisələrin yaranması sürətlənəcək, ixtisaslar regional tələblərə uyğun olaraq müəyyənləşəcək.

Mungəçevir univeristet üçün tam hazır bir şəhərdir. Burada artıq 26 ildir ali məktəb fəaliyyət göstərir, şəhərdə uzun müddət Baza Politexnik Texnikumu faəliyyət göstərib, mövcud iki ali məktəbdə 1 elmlər doktoru, 50-yə yaxın fəlsəfə doktoru çalışır. Şəhərin təhsil səviyyəsi çox yüksəkdir, şəhər məzunlarının əksəriyyəti yüksək ballarla ali məktəb tələbəsi olurlar. İndiyə qədər 3 nəfər məzun ən yüksək, 700 bal toplamışdır.

Mingəçevirdə universitet yaradılması ətraf rayonların da inkişafına müsbət təsir edəcəkdir. Bu rayonlarla şəhərin sıx əlaqələri vardır. Mingəçevirdə bir neçə iri sənaye müəssisəsi fəaliyyət göstərir, şəhərdə və ərtaf rayonlarda bir çox yeni özəl müəssisə yaradılmışdır. Bütün bu faktorlar universitetin yaranmasını və uğurlu inkişafını inamlı edir.

Politologiya üzrə fəlsəfə doktoru kimi vaxtaşırı yeni universitetdə mühazirə oxumaqdan çox məmnun olardım.

Mingəçevirlilər cənab Prezidentin sərəncamını onun şəhərin inkişafına böyük qayğısı kimi qiymətləndirirlər və MDU-nun gələcəkdə nüfuzlu ali məktəblərdən biri olacağına inanırlar.

 
 
 
 

Məqalə Qiyməti