Gənclər Fondunun icraçı direktoru Mingəçevirdə gənclərlə niyə görüşdü?

: Gənclər Evində görüş
Gənclər Evində görüş

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov  əvvəlcə Mingəçevir İcra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb, şəhərdə gənclərin məşğulluğu və problemləri ilə bağlı məsələləri müzakirə edib. Bundan sonra Gənclər Evinə gələn icraçı  direktor təşkilatın fəaliyyəti  ilə tanış olub..

Gənclər Evində keçirilən görüşdə F.Qoşqarlı  deyib ki, ölkəmizdə uğurların qazanılmasında gənclərin, xüsusən bölgələrdə yaşayanların da payı az deyil:  “Fond region gənclərini də unutmur, onlarla əməkdaşlığa xüsusi önəm verir. Gənclərlə görüşümüzün əsas məqsədi fondun fəaliyyəti, yeni fəaliyyət istiqamətləri barədə onları  məlumatlandırmaq,  yerli gənclərlə,  təşkilatlarla  qarşılıqlı fikir mübadiləsi aparmaqdır”.

Fondun  layihələri və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Gənclər Evinin direktoru Tural Kərimov və başqaları  fikirlərrini bölüşüblər.  Görüşddə tələbələrin  yataqxana problemi, təhsil kreditləri, xaricdə təhsil imkanları və digər məsələrin həlli ilə bağlı suallar da cavablandırılıb.

Məqalə Qiyməti