Çimərliklərdə xilasedicilər hansı şəraitdə işləyirlər?

: Allahverdi Allahverdiyev
Allahverdi Allahverdiyev

Mingəçevir çimərliyində  insanların rahatlığı və təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər görülüb. Çimərlik mövsümü başlayandan vətəndaşlarla maarifləndirmə işləri aparılıb. Xidmət müasir texnika və avadanlıqla təchiz olunmub. DSXX su hövzələrində vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün qarşıya qoyulmuş tələb və tapşırıqları yüksək səviyyədə yerinə yetirir. Xilasedicilər çalışırlar ki, dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxslərə lazımı kömək göstərsinlər.  Çətin və məsuliyyətli peşə sahiblərinin xidməti  təqdirə layiqdir. Bütün sutka ərzində günün altında,  iş başında olan bu səxslər bəzən başqalarını xilas edərkən özləri də təhlükə ilə üzləşirlər.  63 yaşlı Allahverdi Allahverdiyev deyir ki, Mingəçevirdə anadan olub və uşaqlığı bu çimərlikdə keçib: “İndiyədək nə qədər hadisələrin şahidi olmuşam. Bu barədə bir filim də çəkmək olar. Əvvəllər xilasedicilərin heç bir avadanlığı  yox idi:  nə normal qayıqları vardı, nə də geyimləri. İndi vəziyyət yaxşılaşıb. Dalğıcların hər cür müasir avadanlıqları var. Onların  gəmiləri bütün günü suyun içindədir.Hər an nəzarət edirlər”.

Baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə  çimərliyə təcili tibbi yardım maşınları da  ayrılıb. 

Məqalə Qiyməti