“Borcumuzdur ki, bu gözü yolda qalan balaları vaxtaşırı yad edək”

: Uşaq sanatoriyasında bayram tədbiri
Uşaq sanatoriyasında bayram tədbiri

Məktəblilər bayramlarını sanatoriyadakı uşaqlarla birgə keçiriblər


Mingəçevirdəki Nevroloji Uşaq Sanatoriyasında müalicə alan və valideyin himayəsindən məhrum olan uşaqlar əlamətdar günlər zamanı daha cox yada düşürlər. Bəlkə də onlar ömürlərinin ən xoşbəxt anlarını bayram günlərində yaşayırlar. Bu gün də onlar çox xöşbəxt görünürdülər. 6  və 17 saylı  məktəbin müəllim və şagirdləri Dünya Azərbaycanlılarının Həmrəylik günü  və Yeni il münasibəti ilə bayramlarını bu uşaqlarla birgə sanatoriyada  keçirdilər, birlikdə rəqs edib, şənləndilər. Məktəblilər gətirdikləri bayram sovqatını uşaq evindəki dostları ilə bölüşdülər.

 6 saylı məktəbin direktoru Xurşud Zamanovanın dediyinə görə, bura gəlməyi özlərinə mənəvi borc biliblər:   “Biz məktəbdə şagirdlərimizin, evdə  isə övladlarımızın başına pərvanə tək dolanırıq,  onları hər cür naz-nemət içərisində böyütməyə çalışırıq. Bizim borcumuzdur ki, bu gözü yolda qalan balaları da  vaxtaşırı  yad edək, tək qalmağa, darıxmağa qoymayaq”.

Məqalə Qiyməti