Əlillər öz bayramlarında problemlərini diqqətə çatdırıblar

:
 

Qarabağ əlilinin rəhbərlik etdiyi ansamblın ifasında rəngarəng musiqi nömrələri səsləndirilib

3 dekabr  Beynəlxalq Əlillər  Günü münasibəti ilə Mingəçevirdə tədbir keçirilib. Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov bildirib ki,  Azərbaycanın ümummilli lideri və onun davamçısı İlham Əliyev  bu təbəqəyə həmişə qayğı ilə yanaşıb, onların sosial problemlərinin həllini diqqət mərkəzində saxlayıb.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mingəçevir şöbəsinin müdiri Emil İsmayılov bildirib ki, fiziki sağlamlığı məhdud olan insanlara dövlət tərəfindən lazımi qayğı göstərilir.

Tədbirdə iştirak edən əlillərdən bir neçəsi öz problemlərini dilə gətiriblər. 1-ci qrup əlil, lal-kar İlqar Süleymanov, 3-cü qrup əlil,  lal-kar Rövşən Rəsulov çox ağır şəraitdə yaşadıqlarını bildiriblər: “Ailəliklə lal-karıq. Bu gün aldığımız 55 manat təqaüdün ümidinə qalmışıq. Mən ailə başçısı kimi həm şəkər, həm də vərəm xəstəliyindən əziyyət çəkirəm”.

Tədbirin sonunda Mingəçevirdən olan Qarabağ əlili Aydın Quliyevin instrumental ansamblının ifasında rəngarəng musiqi nömrələri səsləndirilib.

Məqalə Qiyməti