Mingəçevirdə narkotikin fəsadları haqqında söhbət aparılıb

:
"Narkomaniyaya yox deyək!"

Təhsil müəssisələrində maarifləndirmə işləri genişləndirilsə, valideynlər mütəmadi məlumatlandırılsa, müəyyən qədər bu bəlanın qarşısını almaq, hansısa gəncin həyatını xilas etmək mümkün olar

Oktyabr ayının 28-də Heydər Əliyev Mərkəzində narkomanlığın fəsadları, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsi, sui-istifadə ilə əlaqədar mübarizənin gücləndirilməsi məqsədi  ilə hüquq-mühafizə orqanlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məslələr şöbəsi müdirinin müavini Sahib Əliyev narkomaniyanın insan həyatı və  sağlamlığı üçün çox böyük fəsadlarından danışıb: ”Ən təhlükəli məqam isə ondadır ki, “ağ ölüm” adlanan bu ümumbəşəri bəla getdikcə daha çox gənclər, yeniyetmələr arasında yayılır. Bu ciddi təhlükəni nəzərə alaraq ona qarşı mübarizə aparmaq bütün cəmiyyətin borcudur. Hesab edirəm ki, bu gün nakomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun təşəbbüsü ilə keçirilən bu tədbir mühüm əhəmiyyət kəsb edəcək”

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun böyük referentləri Raqif Allahverdiyev və Şahin İsmayılov narkotik vasitlərin fəsadlarından danışıblar. Onlar qeyd ediblər  ki, bir çox işbazlar gənclərdən, işsizlərdən istifadə edirlər. Hətta onlar ilk dəfə həmin vasitələri pulsuz təklif edirlər.Çünki bilirlər ki, 2-3 istifadədən sonra həmin şəxslər onların asılılığına düşəcək və özləri gəlib pulla alacaqlar. Belə üsullarla  insanları yoldan çıxarır, gəncliyi məhv edirlər.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu Asif Kəngərli, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis polkovnik leytenantı Şahin Hüseynov isə siqaretin də insan orqanizminə fəsadları, onun da kiçik narkomaniya olduğunu qeyd ediblər. Onların fikrincə, təhsil müəssisələrində maarifləndirmə işləri genişləndirilsə, valideynlər mütəmadi məlumatlandırılsa, müəyyən qədər bu bəlanın qarşısını almaq, hansısa gəncin həyatını xilas etmək mümkün olar.

Məqalə Qiyməti